Rusiyada COVID-19 qurbanlarının sayı 40 minə çatır

Rusiyada COVID-19 qurbanlarının sayı 40 minə çatır
  17 Noyabr 2020    Oxunub:1607
Rusiyada son sutka ərzində koronavirusa 22 410 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 971 014 nəfərə çatıb.

Rusiyada son sutkada 442 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 33 931 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti