“Qarabağ razılaşmasına əməl edilir” - Putin

“Qarabağ razılaşmasına əməl edilir” -  Putin
  17 Noyabr 2020    Oxunub:2452
Qarabağla bağlı razılaşmalara əməl edilir və orada vəziyyət sabitləşir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya tərəfi, iki dost dövlət arasında hərbi əməliyyatların dayandırılmasına kömək etmək və onları kompromisli həllər tapmağa təşviq etmək üçün ən fəal səyləri göstərdi. Vasitəçiliyimiz nəticəsində 9 noyabrda tam bir atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsinə dair razılaşmalar əldə edildi”, - deyə Putin bildirib.

O, bütün bunların Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli bəyanatında qeyd olunduğunu xatırladıb.

"Bu razılaşmalara əməl edildiyini xatırlatmaq vacibdir. Hərbi əməliyyatlar tamamilə dayandırıldı, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və tam formatda həlli üçün həm Azərbaycan, həm də erməni xalqlarının mənafelərinə uyğun olaraq ədalətli əsasda şərait yaradıldı".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Putin  



Xəbər lenti