Rusiyadan sülhməramlıları daşıyan 200-dən çox təyyarə İrəvana gəlib
Qeyd edilib ki, ötən gün ərzində hərbi nəqliyyat aviasiya təyyarələri 20 reys yerinə yetirib. 30-dan çox avtomobil və xüsusi texnika - zirehli personal daşıyıcıları, yük maşınları, habelə maddi-texniki dəstək avadanlığı olan təyyarələr Ermənistana enib.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti və hərbi texnikasının gətirilməsi davam edir. Belə ki, İl-76 və An-124 təyyarələri Ulyanovsk-Vostochnıy aerodromundan İrəvan aerodromlarına uçur.
Ümumilikdə Qarabağda 1960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdiriləcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya







Vaxtında, Aydın, Lazımlı!


