Paşinyanın yalanlarını ifşa edən generala cinayət işi açılıb

Paşinyanın yalanlarını ifşa edən generala cinayət işi açılıb
  21 Noyabr 2020    Oxunub:2350
Ermənistanın Xüsusi İstintaq Xidməti silahlı qüvvələrin baş qərargahının keçmiş rəisi, müdafiə nazirliyinin nəzarət xidmətinin sabiq rəhbəri general-polkovnik Movses Akobyana cinayət işi açıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Artıq ilkin araşdırmalara başlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Movses Akobyan mətbuat konfransı keçirərək istefasının səbəblərini açıqlayıb. O bildirib ki, baş nazir Nikol Paşinyan hərbçiləri İrəvana gəlməyə çağırıb. Qarabağdakı bütün döyüş əməliyyatları dövründə insanlara tamamilə yalan məlumatlar verilib.

Bundan əlavə, erməni general Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raket sistemindən istifadə etdiyini bildirib. Eyni zamanda Paşinyanın həyat yoldaşı Anna Akopyana komanda məntəqəsində olmasına ird tutduğuna görə işdən ayrıldığını vurğulayıb.

Sensasion açıqlamalardan sonra Ermənistanın yalanlarını ifşa edən general təzyiqlərlə üzləşib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: General   Ermənistan  



Xəbər lenti