Ermənistanda həkimlər də Paşinyandan narazıdır
“Müharibənin ilk günlərindən, ayın 27-dən bu yana Cəbrayılda, sonra Hadrutda, Xankəndidə oldum. İlk günlərdə yaralılar yalnız yuxarı və aşağı ətrafların xəsarətləri ilə gəldilər. Niyə? Çünki nizami ordumuz döyüşürdü və əsgərlərdə dəbilqə, qoruyucu jiletlər vardı. Sonradan kütləvi şəkildə çağırışçıları gətirdilər. Məlum jilet və dəbilqələr 28 min drama başa gəldi. Beləcə, qırğın başladı․ Oğlanlarımız hospitallara ağır sinə və qarın yaraları ilə gəlirdi․ Ölənlərin əksəriyyəti qarın və sinəsindən xəsarət almışdı. Nikol, niyə o uşaqlara qoruyucu jilet vermədin?”.
Erməni həkim daha sonra deyib ki, iki- üç ay xidmət keçmiş 18 yaşlı çağırışçıları döyüş bölgəsinə aparıblar. Bu isə dəhşətli mənzərənin yaranmasına səbəb olub.
Tural Tağıyev
Azvision.az
Teqlər: Paşinyan