Fransanı kütləvi etirazlar bürüdü - VİDEO
Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanı dağıtmaq üçün zorakılığa əl atıb. Polislər xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Etiraz aksiyaları ölkənin bir çox şəhərlərində davam edir.
Qeyd edək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə görə, əməliyyat zamanı polis və jandarm əməkdaşlarının görüntülərini lentə almaq qadağan edilir. Qadağanı pozan şəxslər üçün cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.
Jurnalistlər və hüquq müdafiəçiləri buna etiraz edərək bildirirlər ki, yeni qayda polis zorakılığının artmasına səbəb olacaq, nəticədə sadə vətəndaşların hüquqları pozulacaq.
Azvision.az
Teqlər: Fransa Paris Aksiya Etiraz