Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
  24 Noyabr 2020    Oxunub:1533
Türkiyədə son sutka ərzində 153 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6713 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 12 511, virusa yoluxanlar isə 453 535 nəfərə çatıb.

Türkiyədə indiyədək 377 891 pasiyent (son sutkada 3254 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti