Ermənistanda koronavirusdan ölüm sayı 2 mini ötdü

Ermənistanda koronavirusdan ölüm sayı 2 mini ötdü
  24 Noyabr 2020    Oxunub:1309
Ermənistanda son sutka ərzində daha 813 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 127 522 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 26 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2002-yə çatıb.

Hazırda aktiv xəstələrin sayı 26 069 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti