Erməni milyarderlər də Paşinyanın istefasını tələb edir
“Moskvada yaşayan bir neçə tanınmış soydaşımız bu gün və ya sabah Nikol Paşinyanın istefasını tələb edən açıqlama verəcək. Açıqlama zəngin iş adamları olan “Elan Monarkh” şirkətinin sahibi Sergey Hambardzumyan, “Tashir” şirkətinin rəhbəri Samvel Karapetyan və Ruben Vardanyan tərəfindən ediləcək. Bu bəyanat bir daha sübut edəcək ki, Rusiya hakimiyyət orqanlarının bu günlərdə Nikol Paşinyana ünvanladığı təriflər formal, diplomatik nəzakətin təzahürüdür”, - deyə erməni KİV-ləri yazıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Erməni-işadamları İstefa Paşinyan