“Valideyn pul ödəməyə məcbur edilməməlidir” - Təhsil naziri
05 Dekabr 2020
Oxunub:3433
Mənim baxışıma görə valideyn məktəbə pul ödəməməlidir. Bu, düzgün deyil. Lakin valideynin məktəbə kömək etmək hüququ və səlahiyyəti var. Bu o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir.
Nazir, həmçinin bildirib ki, il ərzində bir neçə direktor işdən azad olunur və bu proses davam etdirilir.