Ayvazyan Moskvadan sonra Parisə gedir

Ayvazyan Moskvadan sonra Parisə gedir
  08 Dekabr 2020    Oxunub:2067
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Fransaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, 8-9 dekabr tarixlərində Ara Ayvazyanın Fransaya səfəri baş tutacaq. O, səfər zamanı fransız həmkarı Jan-İv Lö Drianla görüşəcək.

Xatırladaq ki, 6-7 dekabrda Ayvazyan Moskvada səfərdə olub, orada Rusiya xarici işlər naziri Sergey Lavrov və KTMT-nin Baş katibi Stanislav Zas ilə danışıqlar aparıb.

Azvision.az


Teqlər: Ermənistan   Fransa  



Xəbər lenti