Gürcüstandan Rusiyaya gedən magistral bağlandı

Gürcüstandan Rusiyaya gedən magistral bağlandı
  08 Dekabr 2020    Oxunub:1615
Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı - Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri - Kobi hissəsində bütün nəqliyyat vasitələrinin hərəkəti tam qadağan edilib.
Bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, beynəlxalq əhəmiyyətli yolda avtomobillərin hərəkətinin qadağan olunmasına Qudauri - Kobi hissəsində güclü qar yağması, çovğun və qar uçqunu təhlükəsi səbəb olub.

Hazırda magistralda Azərbaycan, İran, Rusiya və digər ölkələrdən gələn xeyli sayda yük və minik avtomobili qalıb.

Azvision.az


Teqlər: Gürcüstan   Yol  



Xəbər lenti