Rumıniyanın baş naziri istefa verib

Rumıniyanın baş naziri istefa verib
  08 Dekabr 2020    Oxunub:1655
Rumıniyanın baş naziri Lüdovik Orban rəhbərlik etdiyi Milli Liberal Partiyanın parlament seçkilərində məğlub olmasından sonra istefa verdiyini elan edib.
Azvision.az xəbər verir ki, bu barədə baş nazir televiziya ilə xalqa müraciətində deyib.

"Mən bu gün istefa qərarı verdim", - baş nazir bildirib.

Qeyd edək ki, Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. “Exit poll”un ilkin nəticələrində əsasən, Sosial Demokrat Partiyası seçkilərdə liderdir.

Azvision.az



Teqlər: Rumıniya   Baş-Nazir  



Xəbər lenti