Ermənistan müxalifəti ölkədə hərəkəti iflic etməyə hazırlaşır

Ermənistan müxalifəti ölkədə hərəkəti iflic etməyə hazırlaşır
  08 Dekabr 2020    Oxunub:2557
Ermənistanda parlamentdən kənar qüvvələr təyin etdikləri son tarixdə - 8 dekabr saat 12:00-a qədər baş nazir Nikol Paşinyanın istefasını elan etməyəcəyinə əmindir.

Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd" nəşri yazıb.
Nəşrin məlumatına görə, 16 partiya Paşinyana istefası üçün verilən vaxtın bitməsindən dərhal sonra itaətsizlik aksiyalarına başlamağı planlaşdırır.

Müxalifət bölgələrdə və paytaxtda hərəkəti iflic etməyə hazırlaşır. Günorta saat 12-dən başlayaraq, hakimiyyət əleyhdarları İrəvan və müxtəlif bölgələrdə trafikin çökməsinə səbəb ola biləcək küçələri bağlamaq niyyətindədirlər.

"Hələlik bu, müxalifətin əsas planıdır. Ancaq Paşinyanı istefaya məcbur etmək üçün ölkə rəhbərliyinə təsir mexanizmləri də hazırlanır", -deyə qəzet yazıb.

Xatırladaq ki, 5 dekabrda İrəvanda müxalifət mitinq keçirərək baş nazir Nikol Paşinyan və komandasına 8 dekabr günortadan əvvəl istefa vermək tələbini irəli sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Müxalifət   Aksiya   Etiraz   Mitinq   Paşinyan  



Xəbər lenti