90 yaşlı qadına dünyada ilk "Pfizer" peyvəndi vuruldu

90 yaşlı qadına dünyada ilk "Pfizer" peyvəndi vuruldu
  08 Dekabr 2020    Oxunub:1572
90 yaşlı Britaniya sakini olan qadın dünyada koronavirusa qarşı klinik sınaqlardan kənar "Pfizer" peyvəndi edilən ilk insan olub.
Azvision.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qeyd edilib ki, Koventri sakini Marqaret Kinan yerli vaxtla səhər 06.30-da xəstəxanada peyvənd edilib.

2 dekabr tarixində Britaniya bütün klinik sınaqlar başa çatdıqdan sonra Pfizer/ BioNTech (ABŞ və Almaniya) tərəfindən istehsal olunan peyvəndi kütləvi istifadə üçün təsdiqləyən ilk ölkədir.

Digər iki peyvənd – Amerikanın “Moderna” və Britaniyanın “AstraZeneca” (Oksford Universiteti ilə birlikdə yaradılıb) tənzimləyici tərəfindən nəzərdən keçirilir, lakin təsdiqlənmə vaxtı məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: peyvənd  



Xəbər lenti