Rusiyada koronavirusdan ölənlərin sayı 44 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 44 mini ötdü
  08 Dekabr 2020    Oxunub:1560
Rusiyada son sutka ərzində koronavirusa 26 097 yeni yoluxma qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 515 009 nəfərə çatıb.

Rusiyada son sutkada 562 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 44 159 nəfərdir. İndiyədək 1 981 526 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti