Gürcüstan hökuməti tam tərkibdə istefaya göndərildi
Parlament hökumətin istefasından sonra iki həftə ərzində seçkilərdə qalib gələn partiyanın baş nazir vəzifəsinə irəli sürdüyü namizədə etimad göstərməlidir. Hökumətin tərkibi və proqramı istefadan sonra 9 gündən gec olmayaraq parlamentə təqdim olunmalıdır. Etimad üçün ən azı 76 deputatın səsi tələb olunacaq.
Konstitusiyaya əsasən, parlamentin müəyyən olunan müddət ərzində hökumətə etimad göstərməyəcəyi halda, prezident iki həftədən sonra parlamenti buraxmalı və növbədənkənar seçkilər təyin etməlidir.
Qeyd edək ki, parlament seçkilərində qalib gəlmiş Gürcü Arzusu partiyası hökumət başçısı vəzifəsinə Giorgi Qaxarianın namizədliyini irəli sürüb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


