“Hardan sənin oldu bizim Qarabağ?” - Ərdoğanın dediyi şeirlər

 “Hardan sənin oldu bizim Qarabağ?” -  Ərdoğanın dediyi şeirlər
  11 Dekabr 2020    Oxunub:28394
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi şeirlər böyük maraq doğurub.
Qardaş ölkə liderinin tarixi gündə istiqlal şairi Əhməd Cavadın və Xalq şairi Bəxtiyar Vahabzadənin şeirlərini oxuması sosial şəbəkələrdə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları tərəfindən rəğbətlə qarşılanıb.

Hər zaman kəsərli çıxışları ilə yadda qalan Ərdoğanın şeirə, poeziyaya maraq göstərdiyi heç kimə sirr deyil. O, bundan öncə də rəsmi mərasimlərdə oxuduğu şeirlərlə müzakirələrə səbəb olub.

Azvision.az oxucuların marağını nəzərə alaraq, Türkiyə liderinin səsləndirdiyi şeirlərdən bir neçəsini təqdim edir:

Zəfər Paradı - Bəxtiyar Vahabzadənin şeiri:

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.
İsa bulağının zümzüməsini,

Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Zəfər paradı - Əhməd Cavadın şeiri:

Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.

Bakının azad edilməsinin 100-cü ildönümü - Telman Hacıyevin bəstələdiyi Lalələr mahnısından bir hissə:

Yazın əvvəlində, Gəncə çölündə
Çıxıbdır yenə də dizə lalələr
Yağışdan islanan yarpaqlarını
Səriblər dərəyə, düzə lalələr
Meylim üzündəki qara xaldadır
Hicranın əlaçı ilk vüsaldır.
Nə vaxtdır aşiqin gözü yoldadır
Bir qonaq gələsiz bizə lalələr

Türkiyə Böyük Millət Məclisində Qarabağa dair Abdürrahim Karakoçun şeiri:

Kendimizden koptu kendi bağrımız
Zulüm girdabında yandı bağrımız
Hedef tahtasına döndü bağrımız
Alevler sizdeyse közü bizdedir
Sizdeki yaranın özü bizdedir.

Ərdoğan İranda səfərdə olarkən Hafiz Şirazinin bir şerini həm farsca, həm də türkcə oxuyub:

Dostluq ağacını ək ki, könlünün arzusu meyvə versin.
Düşmənçilik cücərtini sök ki, saysız-hesabsız sıxıntıya yol açmasın.

23 aprel günü münasibətilə təşkil olunan mərasimdə uşaqlara həsr olunan şeir:

Kendin ol, aslından kopma çocuk
Kesinlikle doğru ol, doğru yollarda yürü
Aklın varsa çığır aç, çığırdan sapma çocuk...

Ərdoğanın Qüdsdə səsləndirdiyi Nəcib Fazil Kısakürek “Dastan” şeiri:

Durun kalabalıklar, bu cadde çıkmaz sokak!
Haykırsam, kollarımı makas gibi açarak:
Durun, durun, bir dünya iniyor tepemizden,
Çatırdılar geliyor karanlık kubbemizden,

Necip Fazıl Kısakürəkdən “Zindandan Mehmed'e Mektup”

Zindan iki hece, Mehmed'im lâfta!
Baba katiliyle baban bir safta!
Bir de, geri adam, boynunda yafta...
Halimi düşünüp yanma Mehmed'im!
Kavuşmak mı? .. Belki... Daha ölmedim!

Avlu... Bir uzun yol... Tuğla döşeli,
Kırmızı tuğlalar altı köşeli.
Bu yol da tutuktur hapse düşeli...
Git ve gel... Yüz adım... Bin yıllık konak.

Ne ayak dayanır buna, ne tırnak!
Bir âlem ki, gökler boru içinde!
Akıl, olmazların zoru içinde.
Üstüste sorular soru içinde:
Düşün mü, konuş mu, sus mu, unut mu?
Buradan insan mı çıkar, tabut mu?

Çanaqqala Zəfərinin 100-ci ildönümündə səsləndirdiyi "Dua” şeiri:

Biz, kısık sesleriz... Minareleri,
Sen, ezansız bırakma, Allah'ım!
Ya çağır şurda bal yapanlarını,
Ya kovansız bırakma, Allah'ım!
Mahyasızdır minareler... Göğü de
Kehkeşansız bırakma Allah'ım!
Müslümanlıkla yoğrulan yurdu,
Müslümansız bırakma, Allah'ım!
Bize güç ver... Cihâd meydanını,
Pehlivansız bırakma Allah'ım!
Kahraman bekleyen yığınlarını,
Kahramansız bırakma, Allah'ım!
Bilelim hasma, karşı koymasını;
Bizi cansız bırakma, Allah'ım!

Azvision.az


Teqlər: Ərdoğan   Şeir  





Xəbər lenti