Putin tarixi məscidin bərpası ilə bağlı sərəncam verdi

Putin tarixi məscidin bərpası ilə bağlı sərəncam verdi
  11 Dekabr 2020    Oxunub:1603
Rusiya Prezidenti Vladimir Putin Moskvanın mərkəzindəki məscid və mədrəsə binalarından ibarət kompleksin tarixi görünüşünün bərpa edilməsinə köməklik göstərilməsinə dair sərəncam imzalayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, dini icmaların nümayəndələri ilə görüşdən sonra müvafiq təlimatların siyahısı Kremlin saytında dərc edilib.

"Rusiya Federasiyası hökuməti Moskva meriyası ilə birlikdə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinə məscid-mədrəsə bina-kompleksinin tarixi görünüşünün bərpa edilməsinə köməklik göstərsin", - deyə sərəncamda bildirilib.

Sərəncamın icrasına nəzarət Rusiyanın baş naziri Mixail Mişustin və Moskva meri Sergey Sobyaninə tapşırılıb.

Azvision.az


Teqlər: Rusiya   Putin   Məscid  



Xəbər lenti