COVID-19-a yoluxanların sayı 71 milyonu ötdü

COVID-19-a yoluxanların sayı 71 milyonu ötdü
  12 Dekabr 2020    Oxunub:1147
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 71 milyon 438 min 206 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 601 min 190 nəfərdir. İndiyədək 49 milyon 638 min 35 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır. Virusa yoluxanların sayına görə ABŞ, Hindistan və Braziliya ilk üç yeri tutur.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti