Rusiyada 28 mindən çox yeni yoluxma qeydə alındı

Rusiyada 28 mindən çox yeni yoluxma qeydə alındı
  12 Dekabr 2020    Oxunub:1161
Rusiyada son sutka ərzində daha 28 137 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 2 625 848 nəfərə çatıb.

Son sutkada daha 560 pasiyent vəfat edib, ümumilikdə koronavirusdan ölənlərin sayı 46,4 minə yüksəlib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxanların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti