Türkiyə XİN-dən Xocavənddəki təxribata etiraz
Açıqlama deyilir: “Daha əvvəl 26 noyabr, 8 və 11 dekabr tarixlərində, son dəfə isə dekabrın 27-də baş verən erməni silahlı ünsürlərin hücumları nəticəsində hərbi və mülki itkilər, eləcə də yaralılar olmuşdur. Üçtərəfli bəyannaməni imzalayan tərəflərdən biri kimi bütün erməni ünsürlərin çəkilməsinin və atəşkəs rejiminə əməl edilməsinin məsuliyyətini Ermənistan daşıyır.
Azərbaycan tərəfi erməni silahlı ünsürlərinin davam edən təxribatlarına qarşı qanuni müdafiə haqqından istifadə edərək lazımı cavabı verib.
Bölgədə davamlı sülhün bərqərar olması üçün Ermənistanın cəbhədəki gerçəkliyi qəbul etməsi və üçtərəfli bəyənnamənin öhdəliklərini yerinə yetirməsi tələb olunur.
Baş verənlərlə əlaqədar olaraq hücumlar nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, bütün Azərbaycan xalqına başsağlığı veririk”. (AzərTAc)
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


