Prezidentdən nazir müavini və daha 4 generalla bağlı SƏRƏNCAM

 Prezidentdən nazir müavini və daha 4 generalla bağlı    SƏRƏNCAM
  29 Dekabr 2020    Oxunub:20743
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 9376 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu medala layiq görülən hərbi qulluqçuların 2-si general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir. Onların arasında Müdafiə nazirinin müavini Kərim Vəliyev də var.

Təltif olunan generalların adlarını təqdim edirik:

Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant

Vəliyev Kərim Tofiq oğlu – general-leytenant

Bərxudarov Mayis Şükür oğlu – general-mayor

Rzayev Mübariz Balağa oğlu – general-mayor

Sultanov Ağamir Əzizxan oğlu – general-mayor


Azvision.az


Teqlər: Prezident   General   Sərəncam  






Xəbər lenti