Azərbaycan Əfqanıstanda səfirlik açır - YENİLƏNİB

   Azərbaycan Əfqanıstanda səfirlik açır -  YENİLƏNİB
  30 Dekabr 2020    Oxunub:1976
Azərbaycan daha bir ölkədə səfirlik açacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Deputatlar “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini müakirə ediblər.

Qeyd olunub ki, Əfqanıstan daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, iki ölkə arasında sıx münasibətlər var və səfirliyin açılması əlaqələrin daha da inkişafına səbəb olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

***
Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Azvision.az xəbər verir ki, gündəliyə “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi əlavə olunub.

Bununla gündəliyə daxil edilən məsələlərin sayı 8-ə çatıb.

Azvision.az


Teqlər: Milli-Məclis   Əfqanıstan   Səfirlik  






Xəbər lenti