“Gələn il diqqətimiz Qarabağdakı işlərə yönələcək” - Nazirlik rəsmisi

 “Gələn il diqqətimiz Qarabağdakı işlərə yönələcək” -  Nazirlik rəsmisi
  30 Dekabr 2020    Oxunub:1127
"2021-ci ildə nazirliyin əsas hədəfi şəhid və qazi ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması, onların vəziyyətinin sosial dəstəklə etibarlı şəkildə təmin edilməsi olacaq".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı Azvision.az-n "Facebook" səhifəsində canlı yayımda sualları cavablandırarkən deyib.

"İşğaldan azad edilmiş torpaqlarda müvafiq infrastruktur layihələri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin fəaliyyət sahəsinə dair işlərin həyata keçirilməsi, reabilitasiya müəssisələrinin yaradılması, vətəndaşların məşğulluğunun təmin edilməsi istiqmaətində işlər planlaşdırılır. Yeni ilin hədəfləri çox böyükdür, bütün diqqət yeni quruculuq işlərinə, Qarabağda həyata keçiriləcək işlərə yönələcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN   FazilTalıblı  






Xəbər lenti