KİVDF Müşahidə Şurasının iclası keçirilib

KİVDF Müşahidə Şurasının iclası keçirilib
  30 Dekabr 2020    Oxunub:1109
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda Fondun 2020-ci il ərzindəki fəaliyyəti müzakirə olunmuş, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəsaitindən istifadə edilməsi ilə bağlı illik hesabata baxılıb və rəy verilib.

Müşahidə Şurasının iclasında Fondun 2021-ci il üçün fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: KİVDF  






Xəbər lenti