Nazir BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
Tərəflər, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra bölgədə yaranmış yeni vəziyyət, bütün kommunikasiyaların açılması, hər iki icmanın sülh və təhlükəsizlik şəraitində birgə yaşayışının təmin olunması və bəyanatdan irəli gələn digər məsələləri müzakirə etdilər. BQXK tərəfindən ehtiyacı olan insanlara müvafiq yardımların göstərilməsi istiqamətində görülən işlər məmnunluqla qeyd olundu, Azərbaycanın BQXK-nın fəaliyyətini dəstəklədiyi vurğulanıb.
Görüşdə, habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlıq məsələləri, BQXK-nın ölkəmizdəki fəaliyyətinin səmərəliliyinin daha da artırılması yolları müzakirə edilib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


