Prezident xorvatiyalı həmkarına başsağlığı verdi

Prezident xorvatiyalı həmkarına başsağlığı verdi
  31 Dekabr 2020    Oxunub:1338
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti Zoran Milanoviçə başsağlığı məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Xorvatiya  






Xəbər lenti