Postlardan 4 min maşın geri qaytarılıb, 2532 nəfər cərimələnib

 Postlardan 4 min maşın geri qaytarılıb,    2532 nəfər cərimələnib
  31 Dekabr 2020    Oxunub:2208
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların giriş-çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən davam etdirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində 2020-ci il dekabrın 30-da da bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəzarət-profilaktik yoxlamalar zamanı postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2532 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Azvision.az



Teqlər: DİN  






Xəbər lenti