I dərəcə gözdən əlilliyi olanlar Prezident təqaüdü alacaq

 I dərəcə gözdən əlilliyi olanlar Prezident təqaüdü alacaq
  31 Dekabr 2020    Oxunub:2192
Prezident İlham Əliyev "Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalayıb.
Azvision.az xəbər verir ki, ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 210 manat müəyyən olunub.

Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azvision.az


Teqlər: Fərman   Prezident  






Xəbər lenti