Naxçıvanla Zəngilan arasında kommunikasiya xətti qurulacaq

 Naxçıvanla Zəngilan arasında kommunikasiya xətti qurulacaq
  31 Dekabr 2020    Oxunub:1991
Qarabağ Zəfərinin, Sizin də dediyiniz kimi, həqiqətən Qafqazın tarixində çox önəmli yeri var. Bu, həm Türkiyə-Azərbaycan əlaqələri baxımından dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi baxımından həqiqətən çox önəmli bir addım oldu.
Azvision.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.

"Sizin də dediyiniz kimi, bu Zəfərin taclanması üçün, inşallah, ən qısa vaxtda Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq ki, bu da qardaşların bir-biri ilə sıx əlaqəsi – Türkiyənin, Naxçıvanın və Azərbaycanın fiziki olaraq bir-birinə bağlanması baxımından çox önəmlidir", - H.Akar bildirib.

Azvision.az


Teqlər: Naxçıvan   Zəngilan  






Xəbər lenti