Azərbaycanda daha 1064 nəfər virusa yoluxdu

 Azərbaycanda daha 1064 nəfər virusa yoluxdu
  31 Dekabr 2020    Oxunub:1637
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1064 yeni yoluxma faktı qeydə alınıb, 4127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
İndiyədək ölkədə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184 422 nəfər müalicə olunaraq sağalıb, 2 641 nəfər vəfat edib.

Aktiv xəstə sayı 31 637 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 219, ötən müddət ərzində isə ümumilikdə 2 195 466 test aparılıb.

Azvision.az


Teqlər: COVID-19  






Xəbər lenti