MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum oldu

   MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum oldu
  01 Yanvar 2021    Oxunub:1185
Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 21 milyon 291 min 868 manat vəsait ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanında qeyd olunub.

Bu vəsaitin 3 milyon 774 min 807 manatı MSK-nın saxlanılması üçün ayrılan xərclərə aiddir.

Fərmana əsasən, ayrılan vəsaitin 5 milyon 251 min 155 manatı 2021-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsi, 12 milyon 265 min 906 manatı dairə seçki komissiyalarının saxlanılması üçün nəzərdə tutulub.

Azvision.az


Teqlər: MSK  






Xəbər lenti