Dəhşətli yol qəzası: 4 ölü, 6 yaralı

Dəhşətli yol qəzası: 4 ölü, 6 yaralı
  25 Mart 2013    Oxunub:1410
Abşeron rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Abşeronun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ayəddin Abbasovun idarə etdiyi "Hyundai-Sonata" markalı və Urfan Şahbudaqovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarət alan U. Şahbudaqov və onun sərnişinləri - anası Bahar, qızı Fidan və qohumu Sevinc xəstəxanaya aparılarkən yolda ölüblər.
Digər sərnişinlər – U. Şahbudaqovun oğlu Natiq, Bakı şəhər sakinləri İdris Şahbudaqov, Aydan Şahbudaqova, Xalidə Babayeva, habelə Ayəddin Abbasov və onun sərnişini Samirə Cəbrayılova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.(apa)


Teqlər:  





Xəbər lenti