Ərdoğan İlham Əliyev və digər həmkarlarını təbrik etdi

   Ərdoğan İlham Əliyev və digər həmkarlarını təbrik etdi
  02 Yanvar 2021    Oxunub:3163
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət başçısı Ersin Tatarla telefonla danışıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövlət başçıları bir-birilərini Yeni il münasibətilə təbrik ediblər.

Telefon danışığında 2021-ci ildə ikitərəfli münasibətləri inkişaf etdirmək və regional məsələlərdə əməkdaşlığı gücləndirmək əzmi qeyd olunub.

Azvision.az


Teqlər: Ərdoğan  






Xəbər lenti