Elşən Tağıyev 3 medalla – “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasın görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. İbad Əşrəfli, Ziya Zaidov və İlqar Topçuyev isə “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüblər.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin ümumilikdə 19 əməkdaşı 44 günlük Vətən müharibəsinin ilk günlərindən mübarizəyə qoşulub və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.
Qəhrəmanlarımızla fəxr edirik!
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


