“Qarabağ Dirçəliş Fondunun qarşısında böyük işlər durur” - Tural Gəncəliyev

“Qarabağ Dirçəliş Fondunun qarşısında böyük işlər durur” -  Tural Gəncəliyev
  04 Yanvar 2021    Oxunub:2208
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvləri sırasında adımın yer alması mənim üçün böyük şərəfdir. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan sonra Qarabağın yenidən qurulması, bərpa edilməsi, bölgəyə yeni nəfəs gətirilməsi üçün Fondun qarşısında böyük işlər durur:

"Müşahidə Şurasının tərkibində olan şəxs kimi görüləcək işlərə töhfə verməyə çalışacağam. Bütün enerjimi sərf edəyəcəm ki, tezlikdə Qarabağımızda yeni həyat qurulsun. Hamımız Azərbaycan xalqı olaraq cənab Prezidentin ətrafında birləşərək bu işi çox uğurlu şəkildə həyata keçirəcəyik. Bunlar qısa müddətdə baş verəcək. 2021-ci il Azərbaycan üçün daha uğurlu olacaq, çünki torpaqlarımızda yenidənqurma, bərpa, qayıdışın həyata keçirilməsi istiqamətində sürətli işlər görüləcək".

Qarabağ Dirçəliş Fondu yaradıldı
T.Gəncəliyev, həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, bərpası və dirçəldilməsi üçün Qarabağ Dirçəliş Fondunun yaradılması çox əhəmiyyətli, həm də vacib qərardır: "Zamanla hər kəs Fondun yaradılmasının əhəmiyyətini görəcək".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər:   Qarabağ   Fond  






Xəbər lenti