Nailə Mirməmmədli son mənzilə yola salındı

Nailə Mirməmmədli son mənzilə yola salındı
  04 Yanvar 2021    Oxunub:2631
Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli dəfn olunub.
Azvision.az xəbər verir ki, mərhumla vida mərasimində onun yaxınları, sənət yoldaşları və tələbələri iştirak ediblər.

Vida mərasimindən sonra onun nəşi Qurd qapısı qəbiristanlığında, həyat yoldaşı Hikmət Mirməmmədlinin məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, bu gün Nailə Mirməmmədli 59 yaşında ürək tutmasından vəfat edib.

Azvision.az


Teqlər: Nailə-Mirməmmədli  






Xəbər lenti