Anar Kərimov Mədəniyyət naziri təyin edildi - SƏRƏNCAM

 Anar Kərimov Mədəniyyət naziri təyin edildi  -  SƏRƏNCAM
  05 Yanvar 2021    Oxunub:5925
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Həmçinin “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv olunub.

Azvision.az


Teqlər: Anar-Kərimov   Nazir  






Xəbər lenti