Çağırışçılar hərbi xidmətə yola salınır

Çağırışçılar hərbi xidmətə yola salınır
  05 Yanvar 2021    Oxunub:2347
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyənləşdirilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Azvision.az -a bildirilib ki, çağırışçıların bu qurum tərəfindən müddətli həqiqi hərbi xidmətə yola salınması yanvarın 30-dək davam edəcək.

Çağırışçılar Azərbaycan əsgəri olmaq kimi şərəfli missiyanı yerinə yetirəcəkləri üçün müddətli həqiqi hərbi xidmətə qürur hissi ilə yola düşürlər.

Azvision.az


Teqlər: Səfərbərlik   Çağırış  






Xəbər lenti