Ermənistanın gizlədə bilmədiyi 7000 cəsəd - VİDEO

   Ermənistanın gizlədə bilmədiyi 7000 cəsəd -    VİDEO
  06 Yanvar 2021    Oxunub:2873
Müharibənin bitməsindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də itkiləri barədə ictimaiyyətə ətraflı məlumat vermir. Ermənistan rəhbərliyi mümkün qədər itkilərini gizlətməyə çalışır.
Bir neçə gün əvvəl ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, İkinci Qarabağ müharibəsində ölmüş 3330 hərbçinin cəsədinin məhkəmə-tibbi ekspertizası keçirilib.

Nazirliyin mətbuat katibi Alina Nikoqosyanın sözlərinə görə, müharibənin başladığı vaxtdan bu günə qədər həlak olmuş 1441 şəxsin genetik material nümunələri götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsəd tanınıb.



Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  






Xəbər lenti