ETSN rəsmisi vətəndaşlara çağırış etdi
“Ümid edirik ki, bütün marketlərdə tezliklə bioparçalanan materiallardan hazırlanmış torbalar alıcılara təklif olunacaq. Biz hamımız birlikdə bunu etməliyik. Dünyadan təcrid ola bilmərik. Ona görə də bütün tərəflər-istehlakçılar da, istehsalçılar və market sahibləri də bu məsələni anlayışla qarşılamalıdır.
Nazirlik rəsmisi İ.İbrahimova bununla bağlı çağırış edib.
“Özümüzü, ətraf mühiti düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında "pinqvin" adlandırılan sellofanlardan, qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də birdəfəlik plastik qablardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa vərdiş etməyə başlayaq”.
Azvision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


