“Xankəndində bir il mənə yemək vermədilər” - Dilqəm Əsgərov
“Mən Ermənistan ərazisinə keçməmişdim. Öz ata-baba yurdumu ziyarətə getmişdim. Onlar məni doğma kəndimdə qeyri-qanuni həbs etdilər və Xankəndinə apardılar. Xankəndində olduğum bir il müddətində mənə yemək vermədilər. Dəmir boşqabda qızdırılmış su və az miqdarda makaron verirdilər. Tutulan vaxt çəkim 100 kiloqramdan çox idi, amma sonradan çəkim 55 kiloqrama düşdü. Taqətim qalmamışdı. Hər dəfə məni aparanda avtomatın qundağı ilə döyürdülər. Elə vaxt olub ki, 15 nəfər məni birdən döyüb. Hamısını saymışam. Bunun hamısı "istintaq" vaxtı olub. Taqətsiz olmuşam, qalxa bilməmişəm. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də yemək gətirilməyib. Bir il müddətində komitənin heç bir köməyi olmayıb. Baxmayaraq ki, mənim bir tərəfim tamamilə iflic olmuşdu. Mənə verilən işgəncələrin hamısını Beynəlxalq Qızıl Xaç Komitəsi bilirdi, ancaq heç bir ölçü götürmədilər”, - deyə D.Əsgərov qeyd edib.
Azvision.az
Teqlər: DilqəmƏsgərov İşgəncə Girovluq







Vaxtında, Aydın, Lazımlı!


