“Bizə işgəncə verib, qisas almaq istəyirdilər” - Əsirlikdən xilas edilən Amin

  “Bizə işgəncə verib, qisas almaq istəyirdilər” -  Əsirlikdən xilas edilən Amin
  07 Yanvar 2021    Oxunub:2370
“Orada tibb bacılarından həddindən artıq şiddət görürdüm. İynəni çox qəddar şəkildə vururdular”.

Azvision.az xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçu Amin Musayev deyib. O bildirib ki, əsirlikdə olarkən vurulan iynə nəticəsində əzələsi zədələnib: “Mən hələ də ayağımı yaxşı hiss etmirəm”.
A.Musayev 33 gün işgəncələrə məruz qaldığını söyləyib: "Orada məni səhv əməliyyat ediblər ki, şikəst qalım. Azad olunandan sonra burada yenidən əməliyyat olunmuşam. Ermənilər məğlubiyyəti qəbul edə bilmirdilər. Bizə işgəncə verib, qisas almaq istəyirdilər. 33 gündən sonra gözlərimi bağlayıb, aeroporta gətirib təyyarəyə mindirdilər".

Azvision.az


Teqlər: Əsir   AminMusayev  






Xəbər lenti