2 mindən çox şəhid ailə üzvünə pensiya və müavinət verilib
Onun sözlərinə görə, 2700 nəfər vətəndaşımıza - həm şəhid ailəsi, həm də qazilərə sosial psixoloji reabilitasiya xidmətlərinin göstərilməsinə başlanılıb.
“2300 şəhid ailəsi və müharibə iştirakçısının məşğulluğu istiqamətində işlər həyata keçirilir. Nazirliyin yerli strukturları həmin ailələrin müraciətini gözləmədən mənzillərə gedərək sosial problemlərini öyrənir, uçota alır. Proses davam edir. Yaxın bir ay ərzində bütün şəhid ailəsi və qazilərə sosial ödənişlərin verilməsi, hüquqların bərpa edilməsi, məşğulluq problemlərinin həli, həmçinin psixoloji reabilitasiya üzrə xidmətlərin tam əhatə ediləcəyinə inanırıq”.
Aytən Zəhra
Azvision.az
Teqlər: ƏƏSMN







Vaxtında, Aydın, Lazımlı!


