Mobil operatorların antenləri ilə bağlı şikayətlər araşdırılıb
U.Tağıyeva vurğulayıb ki, belə qurğuların texniki parametrləri var: “Müasir texnologiyalar Azərbaycanda da istifadə olunur. Antenalar tək Bakıda deyil, bütün ölkələrdə qurulur. Texniki pasportda qeyd olunan göstəricilərdə mənfi təsir 2 metr məsafə dairəsində olmur. Bu məsələyə dövlət nəzarəti Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir. Nazirlik olaraq təşkilatlar bizə həmin mərkəzin rəyi ilə birgə müraciət edir. Hər hansı şikayət olanda dərhal araşdırılır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: ETSN







Vaxtında, Aydın, Lazımlı!


