Azad edilmiş ərazilərdə döyüş hazırlığı yoxlanıldı - FOTOLAR

Azad edilmiş ərazilərdə döyüş hazırlığı yoxlanıldı -  FOTOLAR
  09 Yanvar 2021    Oxunub:3761
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda nazirliyin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib və çay süfrəsi arxasında onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.









Azvision.az



Teqlər: Müdafiə-Naziri   Qarabağ  






Xəbər lenti