“Prokurorluğun səlahiyyətləri genişləndirilməlidir” - Kamran Əliyev

   “Prokurorluğun səlahiyyətləri genişləndirilməlidir” -    Kamran Əliyev
  11 Yanvar 2021    Oxunub:2569
Prokurorluğun səlahiyyətləri artırılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "REAL" televiziyasına müsahibəsində deyib.

O bildirib ki, söhbət cəmiyyətin bəzi müdafiəyə ehtiyacı olan təbəqəsinin maraqları naminə məhkəmələrdə iddia qaldırmaq və digər prosessual addımlar atmaq səlahiyyətinə malik olmasından gedir.

"Cinayət təqibindən kənar fəaliyyət əsasən bunu əhatə edir. Söhbət inzibati icraatda prokurorluğun səlahiyyətinin artırılması və eyni zamanda cəmiyyətdə xüsusi müdafiəyə ehtiyacı olan şəxslər – azyaşlılar, yaşlı nəsildən gedir. Onların hüquqlarının müdafiəsi ilə bağlı prokurorluğun səlahiyyəti genişləndirilməlidir”, - deyə K.Əliyev vurğulayıb.

Azvision.az


Teqlər: Kamran-Əliyev   Baş-Prokuror  






Xəbər lenti