Səfərbərlikdən tərxis edilənlərin nəzərinə! - MN məlumat yaydı

 Səfərbərlikdən tərxis edilənlərin nəzərinə! -    MN məlumat yaydı
  11 Yanvar 2021    Oxunub:3072
Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir.

Qeyd olunub ki, videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.

"Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazirliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib. Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar", - deyə məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: MN   Səfərbərlik   Tərxis  






Xəbər lenti