Heydərxanlı məscidi yenidən inşa olunur

Heydərxanlı məscidi yenidən inşa olunur
  11 Yanvar 2021    Oxunub:1710
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi Heydərxanlı məscidi orijinal layihəsi əsasında yenidən inşa olunur.
Azvision.az xəbər verir ki, ibadət ocağı ikimərtəbəli olacaq.

Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.

Qeyd edək ki, Cəhri qəsəbəsində yerləşən və el arasında Heydərxanlı məscidi kimi tanınan ibadət ocağı Naxçıvanda orta əsrlərdə yaradılan məscidlərdən biridir.

Bu gün Cəhri qəsəbəsində 6 məscid və son dövrlərdə tikilən 2 mərasim evi var.

Azvision.az


Teqlər: Naxçıvan   Məscid   Heydərxanlı  






Xəbər lenti